“Vəhdət” ictimai birliyi tərəfindən 19 aprel tarixində “Başkent” restoranında yaz fəslinin ruhuna uyğun olaraq “Bahar və Sən” adlı görüş təşkil olunub.


Sevgi, hörmət və qarşılıqlı anlayış kimi dəyərlər üzərində qurulan görüşdə birlik üzvləri və dəvət olunan xanımlar bir araya gələrək yazın yenilənmə və təravət ab-havasını birlikdə hiss ediblər. Tədbir çərçivəsində qadınların cəmiyyətdəki rolu, onların incəliyi ilə yanaşı gücü və əzmkarlığı xüsusi olaraq vurğulanıb.

Görüşdə tanınmış simalar — Afaq Bəşirqızı, Dilarə Əliyeva, Kəmalə Ağazadə, Fərqanə Qasımova və Fəridə Məlikova fəxri qonaq qismində iştirak ediblər. Onlar çıxışları zamanı qadınlara həyat təcrübələrinə əsaslanan tövsiyələr verərək öz fikirlərini iştirakçılarla bölüşüblər.


Tədbirin bədii hissəsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Əməkdar artist Fərqanə Qasımovanın ifasında ilahi və muğam səsləndirilib, Fəridə Məlikova isə musiqi ifası ilə tədbirə xüsusi ab-hava qatıb. Həmçinin əməkdar artist Dilarə Əliyevanın səsləndirdiyi “Qadın” şeiri iştirakçıların duyğularına toxunaraq tədbirə emosional rəng qatıb.

Ümumilikdə, tədbir yalnız bir görüş deyil, həm də qadınların bir araya gəldiyi, fikir mübadiləsi apardığı və mənəvi dəyərlərin ön plana çıxdığı bir platforma kimi yadda qalıb.